Bank Of Baku

TRT-nin Bakı nümayəndəliyinin yeni rəhbəri Möhsün Yıldırım olacaq

TRT-nin Bakı nümayəndəliyinin yeni rəhbəri Möhsün Yıldırım olacaq
# 01 noyabr 2007 09:56 (UTC +04:00)
TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Əbdülhəmid Avşar səlahiyyət müddətinin başa çatması ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Avşar bildirib ki, nümayəndəliyin fəaliyyət göstərdiyi 2004-2007-ci illər ərzində Azərbaycanla yanaşı, Qafqaz xalqlarının tarixi, mədəniyyəti və folklorundan bəhs edən verilişlər hazırlanıb. Qarabağ həqiqətləri haqda davamlı reportajlar hazırlandığını deyən Ə. Avşar erməni vəhşiliklərinin dünyaya çatdırılmasına çalışdıqlarını söyləyib. Onun sözlərinə görə, nümayəndəlik fəaliyyət göstərdiyi müddət ərzində Türkiyəyə 2 minə yaxın xəbər göndərilib. Təkcə 2007-ci il ərzində isə bu rəqəm 850 olub. Ə. Avşar üç il ərzində 2.300 saatlıq reportaj hazırlandığını da diqqətə çatıdırıb. O, bundan sonra TRT-nin İstanbul bölməsində çalışacağını bildirib: “Məndən sonra TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Möhsün Yıldırım olacaq”. Ə. Avşar burada işlədiyi müddətdə bu ölkə barədə çoxlu bilgilərə sahib olduğunu, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR