Bank Of Baku

Vəkili Eynulla Fətullayevlə görüşüb

Vəkili Eynulla Fətullayevlə görüşüb
# 02 noyabr 2007 15:00 (UTC +04:00)
Vəkil Aydın Nəzərli bu gün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə görüşüb. A. Nəzərli APA-ya bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti normaldır: “Amma biz onun indiyə qədər MTN-nin istintaq təcridxanasında saxlanmasına etiraz edirik. Heç olmasa, Eynullanı məhkəmə hökmü elan olunandan sonra 1 saylı Bayıl İstintaq Təcridxanasına aparmalı idilər”.
Xatırladaq ki, E. Fətullayevə bir neçə gün əvvəl Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ona bu ilin may ayında MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə ittiham elan edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR