Eynulla Fətullayevin və Söz Azadlığının Müdafiəsi Komitəsinin təşəbbüsü ilə dekabrın 10-da ümumrespublika mitinqi keçiriləcək

Eynulla Fətullayevin və Söz Azadlığının Müdafiəsi Komitəsinin təşəbbüsü ilə dekabrın 10-da ümumrespublika mitinqi keçiriləcək
# 02 noyabr 2007 16:04 (UTC +04:00)
Bu barədə Komitənin bugünkü iclasında qərar qəbul olunub. Komitənin mitinq hazırlıqlarına məsul olan üzvü, politoloq Eldar Namazov APA-ya bildirib ki, dekabrın 10-nu beynəlxalq insan haqlarının müdafiəsi günü olduğu üçün həmin tarixdə aksiya keçirməyə qərar verilib. Onun sözlərinə görə, mitinqin Bakının mərkəzində keçirilməsi nəzərdə tutulub: “Amma bu, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya olacaq”.
E. Namazov deyib ki, mitinqdə söz azadlığının, E. Fətullayevin müdafiəsi ilə yanaşı, siyasi və sosial tələblər də səsləndiriləcək. Gələn həftə aksiya ilə bağlı Mitinq Komitəsi formalaşdırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR