Bank Of Baku

Noyabrın 6-da “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək

Noyabrın 6-da “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək
# 03 noyabr 2007 11:09 (UTC +04:00)
Noyabrın 6-da Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Qeyd edək ki, cinayət işinin istintaqı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində aparılıb. Ə. Zeynallıya qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli irqi sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ittiham irəli sürülüb. İttihamın irəli sürülməsinə səbəb Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Adolf Hitlerin “Mənim mübarizəm” kitabının tərcümə olunmuş variantında Əvəz Zeynallının Hitlerə rəğbət hissi barədə rəy verməsidir. Baş redaktordan Bakını tərk etməmək barədə iltizam alınıb. Dağ Yəhudiləri İcmasının rəhbəri Adolf Hitlerin “Mənim mübarizəm” kitabını tərcümə və qəzetdə nəşr etdirdiyinə görə 2004-cü ildə Ə. Zeynallının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddia qaldırmışdı. MTN-də həmin vaxt başlanmış cinayət işinə xitam verilsə də, bu ilin avqustunda cinayət işi təzələnib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR