Bank Of Baku

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə prosesi təxirə salınıb

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə prosesi təxirə salınıb
# 06 noyabr 2007 12:32 (UTC +04:00)
Bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli irqi sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə elan edilən ittiham üzrə Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Əvəz Zeynallı APA-ya bildirib ki, müdafiə tərəfi məhkəməyə bir sıra sənədləri təqdim edəcəyini bəyan edərək, prosesin təxirə salınmasını xahiş edib. Məhkəmə prosesi noyabrın 8-də keçiriləcək.
Xatırladaq ki, Ə. Zeynallıya oktyabrın 5-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən rəsmi ittiham elan olunub. İttihamın irəli sürülməsinə səbəb Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun verdiyi rəydir. Rəydə bildirilib ki, Adolf Hitlerin “Mənim mübarizəm” kitabının tərcümə olunmuş variantında Əvəz Zeynallının Hitlerə rəğbəti hiss olunur. Dağ Yəhudiləri İcmasının rəhbəri Adolf Hitlerin “Mənim mübarizəm” kitabını tərcümə və qəzetdə nəşr etdirdiyinə görə 2004-cü ildə Ə. Zeynallının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddia qaldırıb. MTN-də həmin vaxt başlanmış cinayət işinə xitam verilsə də, bu ilin avqustunda cinayət işi təzələnib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR