Bank Of Baku

Qənimət Zahid: “Jurnalistlərin şəhər rəhbərliyinə xəbərdarlıq etmədən keçirdiyi kütləvi aksiyaları bərpa etmək lazımdır”

Qənimət Zahid: “Jurnalistlərin şəhər rəhbərliyinə xəbərdarlıq etmədən keçirdiyi kütləvi aksiyaları bərpa etmək lazımdır”
# 06 noyabr 2007 12:57 (UTC +04:00)
“Jurnalistlərin şəhər rəhbərliyinə heç bir xəbərdarlıq etmədən keçirdiyi kütləvi aksiyaları bərpa etmək lazımdır”. Bunu APA-ya açıqlamasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyib. Bakı şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalarla bağlı müraciətlərə mənfi cavab verdiyini bildirən Q. Zahidin fikrincə, elan edilməmiş aksiyaların keçirilməsi daha effektli olur: “Biz şəhər İcra Hakimiyyətinin ayırdığı yerdə aksiya keçirmək üçün də müraciət etmişik, amma icazə verməyiblər. Güman edirəm ki, yenə müraciət edilsə, eyni cavab olacaq. Biri var rədd cavabı alıb ümumiyyətlə, aksiya keçirməyəsən, biri də var müraciət etmədən aksiyalar keçirəsən”. Q. Zahid bir müddət əvvəl jurnalistlərin beynəlxalq forumunun keçirilməsi ideyasının irəli sürüldüyünü də xatırladıb: “Amma mənə bəlli olmayan səbəblərə görə bu məsələ gündəmdən çıxarıldı. Hesab edirəm ki, bu vacibdir və kütləvi aksiyadan daha artıq effekt verəcək bir məsələdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR