Bank Of Baku

“İdeal” qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyev həbs edilib - YENİLƏNİB

“İdeal” qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyev həbs edilib - <font color=#FF0000>YENİLƏNİB</font>
# 06 noyabr 2007 14:37 (UTC +04:00)
Məhkəmədən APA-ya verilən məlumata görə, N. Quliyev Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında tutulub. Hakim İkram Şirinovun sədrlik etdiyi məhkəmənin qərarı ilə baş redaktor 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R. Zeynalov xüsusi ittiham qaydasında qaldırdığı iddiasında göstərib ki, N. Quliyevin rəhbərlik etdiyi qəzetdə nəşr olunan “Baş Dövlət Yol Polisində qiymətlər qalxır” (26.05.2007), “Baş Dövlət Yol Polisində it yiyəsini tanımır” (26.08.2007) adlı məqalələrdə onun şərəf və ləyaqəti təhqir olunub. Rəis bunu əsas gətirərək, N. Quliyevin həbs edilməsini istəyib. N. Quliyev Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunaraq, məsuliyyətə cəlb edilib.
“İdeal” qəzetinin əməkdaşı Aydın Canıyev isə APA-ya bildirib ki, N. Quliyevin həbsinə səbəb olan yazıların müəllifi odur: “Mən iki gün əvvəl məhkəməni bununla bağlı məlumatlandırmışam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR