Bank Of Baku

Professional Kinorejissorlar Gildiyası İTV-ni piratçılıqda günahlandırır

Professional Kinorejissorlar Gildiyası İTV-ni piratçılıqda günahlandırır
# 06 noyabr 2007 14:55 (UTC +04:00)
“Audiovizual əsərlərin müəllif hüquqlarını pozan, piratçılıqla məşğul olan İTV kanalıdır. Heç bir qonorar ödəmədən, qeyri-qanuni olaraq bütün günü audiovizual əsərləri nümayiş etdirir”. Bunu APA-ya açıqlamasında Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev deyib. O bildirib ki, Azərbaycanın İTV və yeni açılan Xəzər TV-dən başqa bütün telekanalları gildiya ilə müqavilə bağlayıb: “Xəzər TV də müqaviləni götürüb tanış olur. Amma İTV bizim saytın da qara səhifəsindədir. İTV müqaviləni imzalamasa, əvvəlcə hüquqlarımızın bərpası üçün məhkəməyə müraciət edəcəyik. Yox, əgər məhkəmə yolu ilə də hüquqlarımızı bərpa eləyə bilməsək, onda son imkana əl atacağıq”. H. Mehdiyevin bildirdiyinə görə, ən axırıncı vasitə müəlliflərin İTV-ni baykot etməsi olacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov isə APA-ya açıqlamasında H. Mehdiyevin irad və ittihamlarını əsassız adlandırıb: “Heç bir ciddi adam belə qeyri-ciddi münasibət bildirməz. Əgər bu məsələ ilə bağlı bizə Müəllif Hüquqları Agentliyi və ya Mədəniyyət və Turizm Nazirliyindən irad olsaydı, biz onu ciddi qəbul edərdik. Amma nə vaxtsa çəkilən əsərlərə görə Hüseyn Mehdiyev qonorar almaq istəyirsə, biz hesab etmirik ki, onlara qonorar ödəməliyik”. Mövqelərinin birmənalı və dəyişməz olduğunu bildirən T. Məmmədov hər hansı məhkəmə iclasına ehtiyac görmədiyini açıqlayıb: “Belə bir məhkəmə prosesi ilə bizə yox, Hüseyn Mehdiyev özünə ziyan etmiş olacaq, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı bəzi məqamları üzə çıxaracaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR