Bank Of Baku

Media Hüquqları İnstitutu ötən ay üçün diffamasiya ilə bağlı məhkəmə işlərinin monitorinqi ilə əlaqədar hesabatını açıqlayıb

Media Hüquqları İnstitutu ötən ay üçün diffamasiya ilə bağlı məhkəmə işlərinin monitorinqi ilə əlaqədar hesabatını açıqlayıb
# 07 noyabr 2007 08:32 (UTC +04:00)
Media Hüquqları İnstitutu (MHİ) oktyabr ayı üçün qarayaxma (diffamasiya) ilə bağlı məhkəmə işlərinin monitorinqi ilə bağlı hesabatını açıqlayıb. MHİ-də APA-ya verilən məlumata görə, oktyabrda vəzifəli şəxsləri, biznes strukturlarının nümayəndələri, kiçik məmurlar qəzet və jurnalistlərdən 2 milyon 387 800 manat ödənc istəyib. Oktyabrda qarayaxma (diffamasiya) iddiaları ilə bağlı 50-dən artıq məhkəmə iclası keçirilib: “Tənqidçi medianın üzərindəki ödənc yükünə 250 300 AZN əlavə olunub”.
Hesabatda “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin barəsində Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin qərar çıxarması, eyni zamanda ötən ay “Xural” qəzetinin qarayaxma iddiaları ilə məhkəməyə çəkildiyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli ilə nüfuz davasının oktyabrda da yekunlaşmadığı bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR