Bank Of Baku

Ombudsman Eynulla Fətullayevlə görüşüb

Ombudsman Eynulla Fətullayevlə görüşüb
# 07 noyabr 2007 11:25 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan təsisçisi və baş redaktoru Eynulla Fətullayevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin qərarı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib. Bu barədə APA-ya Eynulla Fətullayevin vəkili Aydın Nəzərli bildirib. Vəkil deyib ki, Strasburqa göndərilən materiallar E. Fətullayevin həbsi ilə bağlı Avropa Məhkəməsində artıq icraata götürülən şikayətə əlavələrdir. Qeyd edək ki, jurnalistin Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs edilməsi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ona elan edilən ittihamla əlaqədar azadlıq və toxunulmazlıq hüququnun pozulması barədə Avropa Məhkəməsinə edilən şikayət bir qədər əvvəl icraata götürülüb.
Bu gün MTN-in İstintaq Təcridxanasında saxlanılan jurnalistlə görüşdüyünü bildirən A. Nəzərli deyib ki, dünən Ombudsman Elmira Süleymanova da E. Fətullayevlə görüşüb. Xatırladaq ki, E. Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona bu ilin may ayında MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə ittiham elan edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR