Bank Of Baku

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid naməlum şəxslərin hücumuna məruz qalıb

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid naməlum şəxslərin hücumuna məruz qalıb
# 07 noyabr 2007 14:20 (UTC +04:00)
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bu gün günorta saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Baş redaktor APA-ya açıqlamasında bildirib ki, redaksiyanın yerləşdiyi “Azərbaycan” Nəşriyyatının binasına daxil olmaq istəyəndə 30-35 yaşlarında qadının və 25-30 yaşında olan kişinin təhqirləri ilə üzləşib: “Binaya yaxınlaşanda gördüm ki, pilləkənlərdə duran bir xanım telefonla danışır. Onun yanından keçəndə həmin qadın mənə müraciətlə guya onu təhqir etdiyimi deyib, qışqırmağa başladı. Halbuki mən onun yanından sakitcə keçmişdim. Bu zaman bir oğlan binanın qarşısından qaça-qaça gəlib mənə hücum etdi. Yaxamdan yapışıb, məni vurmağa başladı. Təbii ki, mən də özümü müdafiə etdim. Oğlanın zərbələrindən yayınsam da, o, pencəyimi cırdı. Sonra isə başqa bir kişi müdaxilə edərək bizi sakitləşdirməyə çalışdı. Bu zaman məni təhqir edən şəxslər hamısı bir taksiyə əyləşib, ərazidən uzaqlaşdılar və taksidən “səninlə haqq-hesab çəkəcəyik” deyə qışqırdılar. Az sonra onları aparan taksi geri döndü. Mən sürücüdən onları hara apardığını soruşdum, o isə bu şəxslərin Dövlət Film Fondunun yaxınlığında, “Azpetrol”un ofisinin yanında maşından düşdüklərini dedi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR