Bank Of Baku

Əflatun Amaşov: “Səhifələrində təhqiramiz ifadələr yer alan “İdeal”ın jurnalistikaya heç bir aidiyyatı yoxdur”

Əflatun Amaşov: “Səhifələrində təhqiramiz ifadələr yer alan “İdeal”ın jurnalistikaya heç bir aidiyyatı yoxdur”
# 07 noyabr 2007 14:25 (UTC +04:00)
Mətbuat Şurasında bu qəzetin etik normalara sığmayan fəaliyyəti barədə dəfələrlə müzakirələr olub, pozuntularla bağlı rəylər, qərarlar çıxarılıb. Materialların bir qismi tədbir görmək üçün müvafiq orqanlara göndərilib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “İdeal” qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyevin Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2,6 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirərkən deyib. Ə. Amaşovun fikrincə, ümumiyyətlə, peşəsindən asılı olmayaraq heç kimə başqasının şəxsiyyətini alçaltmağa, onu ifrat küçə ifadələri ilə, jarqonlarla təhqir etmək səlahiyyəti verilmir: “Hamı qanun qarşısında bərabər və cavabdehdir. Səhifələrində təhqiramiz ifadələr yer alan bu nəşrin jurnalistikaya heç bir aidiyyatı yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR