Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin internet saytı fəaliyyətə başlayıb

Mədəniyyət və Turizm Nazirliyinin internet saytı fəaliyyətə başlayıb
# 08 noyabr 2007 14:00 (UTC +04:00)
Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin internet portalının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, portalda iki ilə yaxındır fəaliyyət göstərən Mədəniyyət və Turizm Nazirliyinin bu müddət ərzində həyata keçirdiyi və keçirəcəyi tədbirlər haqqında məlumatlar yer alacaq: “Ümidvaram ki, bu internet portalı hər birimiz üçün güclü informasiya silahına çevriləcək. Eyni zamanda yeni saytımız ermənilərlə apardığımız mübarizədə bizə kömək olacaq. Çünki bu saytda Azərbaycanın qədim adət-ənənələri, mədəniyyət və incəsənət sahəsində çalışmış şəxsiyyətləri haqqında məlumatlar toplanacaq”. İnternet portalının hələlik yalnız Azərbaycan dilində olduğunu söyləyən nazir yaxın vaxtlarda rus və ingilis versiyalarının da fəaliyyətə başlayacağını açıqlayıb. Ə. Qarayevin sözlərinə görə, portalda mədəniyyət və turizm sahəsində Azərbaycanın beynəlxalq səviyyədə qazandığı uğurlar barədə də məlumatlar yerləşdiriləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudun Qurbanov sayt haqqında ətraflı məlumat verib. O, bildirib ki, ww.mct.gov.az ünvanlı saytda mətbuat, layihələr və tenderlər, tədbirlər, afişa və mediateka bölmələri fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR