Bank Of Baku

İTV-nin bölgə müxbirini təhqir edən qəzetlər cəzalandırılıb

İTV-nin bölgə müxbirini təhqir edən qəzetlər cəzalandırılıb
# 08 noyabr 2007 14:29 (UTC +04:00)
Bu gün Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə İctimai Televiziyanın bölgə müxbiri Əminə Rəhimovanın “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli, qəzetin əməkdaşı, eyni zamanda “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadə, “Kriminal Aləm” və “Mühakimə” qəzetlərinə qarşı iddia və xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə iclası keçirilib.
“Müxalifət” qəzetindən APA-ya verilən məlumata görə, məhkəmə “Kriminal Aləm” qəzetinin təsisçisi Mehralı İsgəndəroğlunun 1 il icbari cəzaya cəlb edilməsi, həmin qəzetin baş redaktoru İlqar Vəliyevin 165 manat cərimə olunması barədə qərar çıxarıb. R. Kəbirli və Y. Ağazadə ilə bağlı qaldırılan iddiaya isə xitam verib.
Qeyd edək ki, iddiaçı R. Kəbirlinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cəzalandırılmasını, “Kriminal Aləm”, “Müxalifət” və “Mühakimə” qəzetlərinin hər birinin 50.000, İlqar Vəliyevin 30.000, Rövşən Kəbirlinin 20.000 təzminat ödəməsini istəyib.
Xatırladaq ki, Ə. Rəhimova “Kriminal Aləm” qəzetinin 18 aprel tarixli sayında “Xanlarda əxlaqsızlıq yuvası aşkarlanıb” başlıqlı məqalədə nüfuzuna xələl gətirən məlumatların dərc olunduğunu bildirib. Həmin xəbər “Kriminal aləm” qəzetindən sonra “Mühakimə” və “Müxalifət” qəzetində yenidən dərc olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR