Bank Of Baku

İranda Beynəlxalq Mətbuat Sərgisi keçirilir

İranda Beynəlxalq Mətbuat Sərgisi keçirilir
# 09 noyabr 2007 08:21 (UTC +04:00)
İranın paytaxtı Tehranda Beynəlxalq Mətbuat Sərgisi keçirilir. APA-nın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, sərgidə 15 ölkənin nümayəndələri təmsil olunur. Azərbaycanı tədbirdə APA-nın baş direktor müavini Nurşən Quliyev təmsil edir. . Sərgi iştirakçıları təmsil etdikləri ölkənin mediası, həmçinin çalışdıqları media quruluşu ilə bağlı məlumatlar, açıqcalar, broşurlar nümayiş etdirir. Sərgidə region ölkələrinin hər birinin mediasının vəziyyətini əks etdirən stendlər qoyulub.
Tədbirdə iştirak etmək üçün İrana gələn xarici jurnalistlər dünən “Ettelaat” qəzetinin ofisində olublar. Jurnalistlərə bildirilib ki, 82 illik tarixi olan qəzet gündəlik, həftəlik və mövsümi çap olunub. Qəzetin gənclik, idman və digər mövzularla bağlı əlavələri və jurnalları da var. Fars və ingilis dillərində nəşr olunan qəzet hökumətin nəzarətindədir və yalnız Tehranda yayılır.
Qeyd edək ki, bu Tehranda təşkil olunan 14-cü mətbuat sərgisidir. Əvvəlki 13 sərgidə yalnız yerli mətbuat iştirak edib. Bu il isə sərgiyə region ölkələri də qoşulub.
Sərgi noyabrın 13-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR