Bank Of Baku

İranın mədəniyyət nazirinin müavini: “Tehranda Azərbaycan dilində mətbuat orqanı nəşr edilmir”

İranın mədəniyyət nazirinin müavini: “Tehranda Azərbaycan dilində mətbuat orqanı nəşr edilmir”
# 09 noyabr 2007 12:17 (UTC +04:00)
APA-nın görüşdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Ə.Melikian İran mətbuatının şah rejimi zamanında azad olmadığını, lakin inqilabdan sonra azadlıq əldə etdiyini deyib: “İnqilabdan ən çox qazananlardan biri də mətbuat oldu. İndi İranda 2990-a qədər qəzet nəşr olunur. Onların arasında gündəlik, həftəlik və mövsümi nəşrlər var”.
İranın mədəniyyət nazirinin müavini ölkəsinin mətbuat azadlığına görə, dünya ölkələri arasında 10-cu yerdə olduğunu diqqətə çatdırıb. Ə.Melikian İran mətbuatının tam azad olduğunu, amma İslam və millətin mənafeyi məsələsində çərçivənin olduğunu da etiraf edib. Nazir müavini onu da qeyd edib ki, ölkəsində mətbuatın fəaliyyətinə müdaxilə edən şəxslər ciddi cəzalandırılır, hətta işdən belə çıxarılır.
Beynəlxalq Mətbuat Sərgisinin İranda keçirilməsindən məmnun olduğunu bildirən nazir müavini gələcəkdə bu tədbirə daha çox ölkənin dəvət edilməsinin nəzərdə tutulduğunu da deyib.
Daha sonra nazir müavini jurnalistlərin suallarını cavablandırıb. Ə. Məlikan İranda qəzetlərin tez-tez bağlanması ilə bağlı suala cavabında bu mətbu orqanlarının “İslamın və millətin mənafeyi ilə bağlı səhvlərə və xəyanətlərə yol verdiklərini, buna görə də belə aqibətlə üzləşdiklərini” deyib. APA-nın əməkdaşının “İranın əhalisinin əksəriyyətinin təşkil edən azərbaycanlıların ana dilində qəzet və televiziyaları varmı” sualına cavabında nazir müavini Tehranda Azərbaycan dilində mətbuat orqanının nəşr edilmədiyini söyləyib. O bildirib ki, Azərbaycan dilində Təbrizdə qəzet və televiziya fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR