Bank Of Baku

Mətbuat Şurasında “Media və terror” mövzusunda dəyirmi masa keçirilib

Mətbuat Şurasında “Media və terror” mövzusunda dəyirmi masa keçirilib
# 09 noyabr 2007 14:15 (UTC +04:00)
Bu gün Mətbuat Şurasında (MŞ) “Media və terror” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu da iştirak edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının terror mövzusuna çox ehtiyatla yanaşdığını, dünyanın bir çox xalqları kimi, azərbaycanlıların da terrora məruz qaldığını bildirib. Şura sədri son vaxtlar Türkiyədə baş verən hadisələrlə bağlı PKK terroru mövzusuna mətbuatda daha çox rast gəlindiyini söyləyib. O, son bir ayda Azərbaycan mətbuatında PKK ilə bağlı 400-dək yazının dərc olunduğunu açıqlayıb. Ə. Amaşov deyib ki, həmin yazıların böyük əksəriyyətində PKK terrorçu təşkilat kimi təqdim olunur, bəzən isə kürd xalqı PKK ilə eyniləşdirilir. Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu PKK ilə yanaşı, vaxtilə erməni terror təşkilatı ASALA-nın da Türkiyəyə qarşı terror aktları törətdiyini vurğulayıb. Səfir mətbuatın terror mövzusundan yazarkən son dərəcə diqqətli olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda Azərbaycan mətbuatında da PKK milli-azadlıq mübarizəsi aparan təşkilat kimi təqdim edilir. Səfir bu halın yolverilməz olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR