Bank Of Baku

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyə səfiri Mətbuat Şurasında olub
# 09 noyabr 2007 15:04 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu bu gün Azərbaycan Mətbuat Şurasında olub. Şuradan APA-ya verilən məlumata görə, səfir əvvəlcə qurumun ofisini gəzib, iş şəraiti və fəaliyyəti ilə maraqlanıb. Sonra onun Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşü keçirilib. Tərəflər əsasən iki ölkə medialarının durumu, söz və mətbuat azadlığının vəziyyəti, hər iki ölkənin mətbuat şuraları və kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi yolları ətrafında müzakirələr aparıblar. Qərara alınıb ki, bunun üçün müxtəlif səviyyəli tədbirlərin, diskussiyaların keçirilməsi, jurnalistlərin yaradıcılıq səfərlərinin təşkili müntəzəm gündəmdə saxlanılmalıdır. Səfir Mətbuat Şurasının “Media və terror” mövzusunda təşkil etdiyi dəyirmi masada iştirak edib və mövzu ilə bağlı fikirlərini bölüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR