Bank Of Baku

İranda keçirilən 14-cü Beynəlxalq Mətbuat Sərgisində iştirak edən xarici mətbuat təmsilçiləri İQNA agentliyində olublar

İranda keçirilən 14-cü Beynəlxalq Mətbuat Sərgisində iştirak edən xarici mətbuat təmsilçiləri İQNA agentliyində olublar
# 10 noyabr 2007 11:12 (UTC +04:00)
İQNA-nın müdir müavini Mürteza Rezaizadə agentliyin əsasən Qurani-Kərimin təbliğatı ilə məşğul olduğunu deyib. Agentlik 4 il əvvəl təsis olunub, 14 dildə informasiya yayımı ilə məşğul olur. Gün ərzində 400-500 xəbər yaydıqlarını söyləyən müdir müavini İranda 11 bürolarının fəaləyyət göstərdiyini, gələcəkdə gündəlik xəbər sayını 1200-ə çatdırmağı düşündüklərini deyib. Agentliyin Azərbaycanda da bürosu fəaliyyət göstərir. M. Rezaizadə Quran təbliği ilə yanaşı siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən xəbərlər yaydıqlarını bildiirb: “Lakın bu xəbərlərin hamısı Quranın nöqteyi-nəzərindən hazırlanıb”. Müdir müavini bildirib ki, agentlikdə 35 jurnalist çalışır, daha 200 jurnalist isə agentliklə təmənnasız əməkdaşlıq edır. O IQNA-nın ayda iki dəfə jurnalının da çap olunduğunu bildirib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR