Bank Of Baku

“Azadlıq” qəzetinin baş redaktoru 48 saat müddətinə şübhəli şəxs qismində saxlanılıb

“Azadlıq” qəzetinin baş redaktoru 48 saat müddətinə şübhəli şəxs qismində saxlanılıb
# 10 noyabr 2007 20:55 (UTC +04:00)
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində Yasamal rayon Polis İdarəsi 48 saat müddətində şübhəli şəxs qismində saxlanma tədbiri seçib. Bu barədə APA-ya “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib.
A. Əhmədov bildirib ki, artıq Yasamal raon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Q. Zahid də həmin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, bu gün günorta saatlarında baş redaktor bu il noyabrın 7-də “Azərbaycan” Nəşriyyatının qarşısında qarşılaşdığı insidentlə bağlı ifadə vermək üçün Yasamal rayon Polis İdarəsinə dəvət olunub. İdarədə bəlli olub ki, Q. Zahidlə insidenti olmuş Vüsal Şükür oğlu Həsənov zərərçəkmiş kimi baş redaktordan şikayət edib. Q. Zahid də idarəyə onun ərizasi əsasında çağırılıb. Daha sonra isə o, şübhəli şəxs qismində saxlanılıb.
Onu da qeyd edək ki, bu il noyabrın 7-də Q. Zahid iş yerinə gələrkən “Azərbaycan” Nəşriyyatının qarşısında qarşılaşdığı qadın baş redaktorun onu təhqir etdiyini deyərək, qışqırmağa başlayıb. Onun bu qışqırığından sonra hadisə yerinə gələn Vüsal Həsənovla Q. Zahid arasında insident yaranıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR