Bank Of Baku

Budapeştdə şərqi və cənub-şərqi Avropa ölkələrindən olan tədqiqatçı jurnalistlərin beynəlxalq konfransı keçirilir

Budapeştdə şərqi və cənub-şərqi Avropa ölkələrindən olan tədqiqatçı jurnalistlərin beynəlxalq konfransı keçirilir
# 12 noyabr 2007 08:30 (UTC +04:00)
Noyabrın 9-da Macarıstanın paytaxtı Budapeştdə şərqi və cənub-şərqi Avropa ölkələrindən olan tədqiqatçı jurnalistlərin 4 günlük beynəlxalq konfransı başlayıb. Azərbaycan Jurnalistlərinin Araşdırma Şəbəkəsindən APA-ya verilən məlumata görə, konfransda dünyanın 40-a qədər ölkəsindən 100-dək jurnalist iştirak edir. Əsas məqsədi qloballaşan dünyada müxtəlif ölkələrdən olan tədqiqatçı jurnalistlərin təcrübə mübadiləsi etməsi və tədqiqatçı jurnalistlərin geniş şəbəkəsinin yaradılması olan konfrans Macarıstanın Jurnalist Tədqiqatları Mərkəzi tərəfindən təşkil olunub. Tədbirdə Danimarka hökumətinin maliyyə dəstəyi ilə Azərbaycan Jurnalistlərinin Araşdırma Şəbəkəsinin (AJAŞ) İdarə Heyətinin üzləri “Azərfoto” agentliyinin rəhbəri Ceyhun Abdulla və Qafqaz Media Tədqiqatlar Mərkəzinin direktoru Anar Orucov da iştirak edir. Tədbirin gedişində Azərbaycan Jurnalistlərinin Araşdırma Şəbəkəsinin üzləri Azərbaycanda medianın durumu və tədqiqat jurnalistikasının inkişaf təşəbbüsləri barədə məlumat veriblər. Azərbaycanda tədqiqat jurnalistikasının inkişafı ilə bağlı təşəbbüsləri dəstəklədiyini bildirən Avropanın bir sıra nüfuzlu tədqiqatçı jurnalist qurumlarının nümayəndələri AJAŞ-la müxtəlif layihələr işləməyə hazır olduqlarını və qurumla yaxın gələcəkdə sıx əlaqələr qurmaq istədiklərini söyləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR