Bank Of Baku

“Azadlıq” qəzetinin baş redaktoru barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib

“Azadlıq” qəzetinin baş redaktoru barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib
# 12 noyabr 2007 08:45 (UTC +04:00)
Təxminən 1 saat 10 dəqiqə çəkən məhkəmə prosesinin sonunda Q. Zahid 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hələlik onun saxlandığı yer bəlli deyil. A. Əhmədov qeyd edib ki, Q. Zahidin məhkəməsindən öncə isə ondan şikayətçi olan Vüsal Həsənov qolu qandallı onların gözü qarşısından polis müşayiəti ilə aparılıb.
Qeyd edək Ki, Q. Zahid bu il noyabrın 7-də “Azərbaycan” Nəşriyyatının qarşısında qarşılaşdığı insidentlə bağlı noyabrın 10-da Yasamal rayon Polis İdarəsinə dəvət edilib. Daha sonra onun barəsində 48 saat müddətində şübhəli şəxs qismində saxlanma tədbiri seçilib. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.
Onu da xatırladaq ki, Q. Zahid Vüsal Şükür oğlu Həsənov və onun nişanlısı kimi təqdim etdiyi qadın tərəfindən edilən şikayətlər əsasında saxlanılıb. Bu il noyabrın 7-də baş redaktor iş yerinə gələrkən “Azərbaycan” Nəşriyyatının qarşısında bir qadın onun tərəfindən təhqir olunduğunu deyərək, qışqırmağa, kənardakıları köməyə çağırmağa başlayıb. Bundan sonra hadisə yerinə gələn Vüsal Həsənovla Q. Zahid arasında insident yaranıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR