Bank Of Baku

Bir qrup azərbaycanlı jurnalist Şimali Kipr Türk Cümhuriyyətinə gedib

Bir qrup azərbaycanlı jurnalist Şimali Kipr Türk Cümhuriyyətinə gedib
# 12 noyabr 2007 08:55 (UTC +04:00)
Azərbaycan jurnalistlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri təşkil olunub. APA-nın məlumatına görə, Asiya Dialoqu İctimai Birliyinin TİKA və ŞKTC Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən layihəsi çərçivəsində Azərbaycanın müxtəlif televiziya, qəzet və agentliklərini təmsil edən 15 jurnalist artıq adaya yola düşüb. Azərbaycanlı jurnalistlər ŞKTC-nin ilk prezidenti Rauf Denktaş, indiki prezident Mehmet Əli Tələt, xarici işlər naziri Turqay Avcı, müxalifət liderləri və digər rəsmilərlə görüşəcək, Mülki Müdafiə Təşkilatında, Yaxın Doğu Universitetinin jurnalistika fakültəsində, “Bayraq” televiziyasında olacaq, 15 noyabr - Cümhuriyyət Bayramı ilə əlaqədar keçiriləcək rəsmi tədbirlərə qatılacaqlar. Səfər başa çatdıqdan sonra bu layihədə iştirak edən jurnalistlərin iştirakı ilə “Gənc media mənsublarını bilgiləndirmə” çalışması həyata keçiriləcək. ŞKTC jurnalistlərinin Azərbaycana səfəri də planlaşdırılır.
Qeyd edək ki, səfərdə APA-nın əməkdaşı da iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR