Bank Of Baku

ATƏT-in Bakı ofisi Prezidentin İcra Aparatı ilə bilikdə “İnformasiyaya çıxış. Hökumətlə KİV arasında münasibətlər” mövzusunda konfrans keçirəcək

ATƏT-in Bakı ofisi Prezidentin İcra Aparatı ilə bilikdə “İnformasiyaya çıxış. Hökumətlə KİV arasında münasibətlər” mövzusunda konfrans keçirəcək
# 12 noyabr 2007 09:37 (UTC +04:00)
ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd media ilə hökumət arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparmaqdır. Konfransda ATƏT-in Bakı ofisi hökumət orqanlarının mətbuat və informasiya xidmətləri üçün Vahid İnformasiya və Kommunikasiya Strategiyasının hazırlanmasına dair yeni layihəsini də təqdim edəcək. Tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero Ansola, ATƏT-in media azadlığı ofisinin nümayəndəsi İlya Dohel, Ukrayna Mətbuat Akademiyasının prezidenti Valeri İvanov və digər şəxslər çıxış edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR