Bank Of Baku

Əflatun Amaşov: “Qənimət Zahidin həbsi Mətbuat Şurasını ciddi narahat edir”

Əflatun Amaşov: “Qənimət Zahidin həbsi Mətbuat Şurasını ciddi narahat edir”
# 12 noyabr 2007 10:35 (UTC +04:00)
Onun sözlərinə görə, Q. Zahid jurnalist olmaqla bərabər ölkədə tanınan nəşrlərdən birinin baş redaktorudur. Bundan əlavə onun Mətbuat Şurasının yaradılmasında Təşkilat Komitəsinin üzvü kimi yaxından iştirak etdiyini, şuranın İdarə Heyətinin üzvü olduğunu, hazırda isə ehtiyat üzv kimi fəaliyyət göstərdiyini bildirən Ə. Amaşov bunları nəzərə alaraq məsələyə laqeyid qalmağın mümkünsüzlüyünü qeyd edib: “Məsələnin qanun çərçivəsində ədalətli həlli üçün əlimizdən gələni edəcəyik. İlk növbədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyinə müraciət edib, bu qurumların rəhbərliyi ilə görüşəcəyik. Bu məsələ Şuranın ciddi nəzarətindədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR