Bank Of Baku

Əli Əhmədov: “Mətbuat insanları təhqir etməkdən ötrü yaranmayıb”

Əli Əhmədov: “Mətbuat insanları təhqir etməkdən ötrü yaranmayıb”
# 12 noyabr 2007 11:18 (UTC +04:00)
“Biz Azərbaycanda normal mətbuatın güclənməsini, insanları təhqir etməyi özünə məhzəb seçmiş jurnalistikanın mətbuat mühitində üstün mövqedə olmamasını arzu edirik. Mətbuat insanları təhqir etməkdən ötrü yaranmayıb”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov “Azadlıq” qəzetini baş redaktoru Qənimət Zahid barəsində iki aylıq həbs qətimkan tədbiri seçilməsinə münasibət bildirərkən deyib. Bütün Azərbaycan vətəndaşlarının qanuna riayət etməsinin tərəfdarı olduğunu bildirən Ə. Əhmədovun sözlərinə görə, istər jurnalist, istər adi vətəndaş, istər məmur qanunun hamıdan yüksəkdə olduğunu dərk etməlidir: “Əgər jurnalist özünü qanundan yüksəkdə hesab edirsə və yaxud buna cəhd göstərirsə, bu qanuna hörmətsizlik kimi təqdir oluna bilməz. Digər ətrəfdən bu hal adekvat reaksiya doğurmadan qala bilməz. Biz istəyirik ki, hər yerdə, jurnalistlər içərisində də qanunun hər şeydən yüksəkdə olması əhval-ruhiyyəsi olsun. Həmçinin, istəməzldim ki, digər jurnalistlər hadisələri qabaqlasınlar. Prosesin sonunu gözləyib, səbəb-nəticə barədə öyrənsinlər, sonra bu məsələ ilə bağlı danışsınlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR