Bank Of Baku

Zemfira Məhərrəmli: “Ombudsman Elmira Süleymanova Qənimət Zahidin həbsindən təəssüflənib”

Zemfira Məhərrəmli: “Ombudsman Elmira Süleymanova Qənimət Zahidin həbsindən təəssüflənib”
# 12 noyabr 2007 12:04 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil Aparatının mətbuat xidmətin rəhbəri Zemfira Məhərrəmli bildirib. Mətbuat xidmətinin rəhbəri Ombudsman Elmira Süleymanovanın hazırda Misirdə ezamiyyətdə olduğunu, buna baxmayaraq onun baş redaktorun həbsi barədə məlumatlandırıldığını deyib: “Müvəkkil bu hadisədən təəssüfləndiyini bildirdi. O, Ombudsman Aparatının əməkdaşlarının Bayıl həbsxanasına gedərək Qənimət Zahidlə görüşməsi haqda göstəriş verib”. Z. Məhərrəmli Müvəkkil Aparatının əməkdaşlarının tezliklə Q. Zahidə baş çəkəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR