Bank Of Baku

Bakıda “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 12 noyabr 2007 14:27 (UTC +04:00)
ASAMF-nin icraçı direktoru Məmməd Nazimoğlu APA-ya bildirib ki, beynəlxalq konfransın keçirilməsində məqsəd ölkə mətbuatının mövcud durumu ilə bağlı müzakirələr aparmaq və onun yeni inkişaf strategiyasını müəyyənləşdirib, qəbul etməkdən ibarətdir. Konfransın medianın vəziyyəti ilə bağlı keçirilən tədbirlərdən fərqlənəcəyini deyən M. Nazimoğlu bu tədbirin “Həqiqət inamdır” layihəsi çərçivəsində baş tutacağını da vurğulayıb. Konfransa Türkiyə, Almaniya, Fransa, Rusiya, İspaniya, İrlandiya, Qazaxıstan, Latviya da daxil olmaqla dünyanın 20-dən çox ölkəsindən media mütəxəssisləri, bu sahədə nüfuzlu beynəlxalq qurumların rəhbərləri, tanınmış jurnalistlər dəvətlidir. Bu sırada Beynəlxalq Jurnalistlər Konfederasiyasının baş katibi Aydan Uayt, Beynəlxalq Jurnalistlər İnstitutunun sədri Yohan Frits, Beynəlxalq Söz Azadlığının Müdafiə Fondunun rəhbəri Sofia Lopina, Estoniya Jurnalistlər Birliyinin rəhbəri Marika Lilimens, Belçikanın Mətbuat Ombudsmanı Filipp Voyts, “Artikl-19” Beynəlxalq Təşkilatının təmsilçisi Sederika Prinar, Türkiyə Qəzetçilər Federasiyasının prezidenti Nəzmi Bilgin, Rusiya Jurnalistlər İttifaqının rəhbəri Sevolot Boqdonav, Rusiya Jurnalistlər Birliyinin katibi Pavel Qutiontov da var.
“Ümid edirik ki, bu konfrans Azərbaycanda söz və mətbuat azadlığının inkişafına yeni təkan olacaq” deyən M. Nazimoğlu bildirib ki, Azərbaycanın tanınmış media nümayəndələri, KİV rəhbərləri, jurnalistika sahəsində təhsil alan tələblər də tədbirə dəvət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR