Bank Of Baku

Gəncə şəhərində fəaliyyət göstərən mətbuat işçilərinə “Media hüququ” mövzusunda təlim keçirilib

Gəncə şəhərində fəaliyyət göstərən mətbuat işçilərinə “Media hüququ” mövzusunda təlim keçirilib
# 12 noyabr 2007 16:16 (UTC +04:00)
Noyabrın 10-da “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gəncə Media Mərkəzində Gəncə şəhərində fəaliyyət göstərən QHT-lərin mətbuat işçilərinin, jurnalistlərin, eləcə də jurnalistika kurslarının tələbələrinin iştirakı ilə “Media hüququ” mövzusunda təlim keçirib. Təlimin keçirilməsində əsas məqsəd Gəncə şəhərində fəaliyyət göstərən mətbuat işçilərinin “Media Hüququ” mövzusunda bilik və bacarıqlarının artırılmasından ibarət olub. Təlimin səmərəli keçirilməsi məqsədilə qeyri-formal təhsil növü və interaktiv üsullardan istifadə edilib. Təlim zamanı tədbir iştirakçılarına jurnalistlərin hüquq və məsuliyyəti, Avropa İnsan Hüquqları Məhkəməsi və onun əhəmiyyəti, şərəf və ləyaqətin, işgüzar nüfuzun alçaldılmasına görə cinayət və mülki hüquqi məsuliyyət barədə ətraflı məlumat çatdırılıb. Təlimin daha da effektiv olması üçün “KİV haqqında” və “Məlumat azadlığı haqqında” qanunlar dərslik materialları şəklində hər bir iştirakçıya təqdim edilib. Növbəti təlimin Qazax şəhərində fəaliyyət göstərən mətbuat işçiləri üçün keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, təlim ABŞ səfirliyinin Demokratiya Komitəsinin Kiçik Qrantlar Proqramı çərçivəsində maliyyələşdirilən və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icra edilən “Demokratiyaya gedən yol mətbuatdan keçir” adlı layihəsi çərçivəsində həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR