Bank Of Baku

ABŞ Dövlət Departamenti Qənimət Zahidin həbsinə münasibət bildirib

ABŞ Dövlət Departamenti Qənimət Zahidin həbsinə münasibət bildirib
# 13 noyabr 2007 09:25 (UTC +04:00)
“Biz son aylar jurnalistlərin döyülməsi, mətbuat nümayəndələrinin kriminal diffamasiya və digər maddələrlə məhkəmə işi və həbsləri kimi çoxsaylı hadisələrdən sonra, müxalifyönlü “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin noyabrın 11-də həbsi ilə bağlı dərin narahatlıq hissi keçiririk. Bundan əvvəl, oktyabrın 30-da müstəqil “Realniy Azerbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev terrorizm maddələri ilə 8,5 il həbs cəzasına məhkum olunub. Bu hadisələr müstəqil və müxalifyönlü mətbuata qarşı məqsədli təzyiq kimi narahatlıq doğuran təmayülə işarə edir”. APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak bu gün keçirdiyi gündəlik brifinqdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə münasibət bildirərkən deyib. Ş. Makkormak xatırladıb ki, müstəqil mətbuat və fəal vətəndaş cəmiyyəti demokratiyanın vacib tərkib hissəsi, vətəndaşların əsas azadlıqlarının qorunması üçün müstəsna əhəmiyyətə malikdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR