Bank Of Baku

Fərəməz Novruzoğlu müalicədən imtina edib

Fərəməz Novruzoğlu müalicədən imtina edib
# 13 noyabr 2007 10:18 (UTC +04:00)
14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Nota-Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlu səhhəti ilə bağlı dərman qəbulundan və müalicədən imtina edib. Məhbusun həyat yoldaşı Tahirə Allahverdiyevanın APA-ya verdiyi məlumata görə, həyat yoldaşı cəzasının 1/3-ni çəkdiyi üçün məhkəməyə azadlığa buraxılması xahişi ilə etdiyi müraciətə rədd cavabı verildiyinə görə bu addımı atıb: “Qaradağ rayon məhkəməsi Fərəməzin azadlığa buraxılması barədə müraciətinə rədd cavabı verib. Bunu onun cəzasının xeyli hissəsini çəkməməsi ilə əlaqələndiriblər”. T. Allahverdiyeva deyib ki, F. Novruzoğlu məhkəmə qərarından apelyasiya şikayəti verəcək.
Xatırladaq ki, F. Novruzoğlu Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan atma, şərəf və ləyaqətin alçaldılması) maddələri ilə ittiham olunaraq, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR