Bank Of Baku

Bəxtiyar Sadıqov: “Jurnalistin, xüsusi ilə baş redaktorun həbsi arzuolunmazdır”

Bəxtiyar Sadıqov: “Jurnalistin, xüsusi ilə baş redaktorun həbsi arzuolunmazdır”
# 13 noyabr 2007 10:27 (UTC +04:00)
“Jurnalistin, xüsusi ilə baş redaktorun həbsi arzuolunmazdır. Ancaq jurnalistlər üçün bir, digər vətəndaşlar üçün isə başqa qanun yazılmayıb. Qanun qarşısında hamı eyni dərəcədə məsuliyyət daşıyır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurasının sədr müavini, millət vəkili Bəxtiyar Sadıqov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. B. Sadıqov jurnalistlərin döyülməsinin və təhqir edilməsinin əleyhinə olduğunu bildirib. Baş redaktor, eyni zamanda həbs olunan jurnalistlərin hər biri ilə bağlı konkret faktın mövcudluğunu da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR