Bank Of Baku

Mətbuat Şurası Qənimət Zahidin istintaq müddətində qurumun zəmanətinə verilməsi xahişi ilə Ramil Usubova müraciət edib

Mətbuat Şurası Qənimət Zahidin istintaq müddətində qurumun zəmanətinə verilməsi xahişi ilə Ramil Usubova müraciət edib
# 13 noyabr 2007 15:53 (UTC +04:00)
Ə. Amaşovun APA-ya verdiyi məlumata görə, görüşdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində qaldırılmış cinayət işi və onun haqqında seçilmiş iki aylıq həbs qətimkan tədbiri ilə bağlı müzakirə aparılıb. Daxili işlər naziri istintaqın gedişi barədə məlumat verib və araşdırmanın ədalətli aparılacağını bildirib. Ə. Amaşov bildirib ki, onlar istintaqın Qənimət Zahidin azadlıqda qalması şərti ilə davam etdirilməsinin mümkünlüyünü nəzərə çatdıraraq, baş redaktorun bu müddətdə Mətbuat Şurasının zəmanətinə verilməsi üçün mümkün addımları atmağı nazirdən xahiş ediblər. Daxili işlər naziri isə müraciətin qısa müddət ərzində nəzərdən keçiriləcəyini və münasibət bildiriləcəyini söyləyib.
Mətbuat Şurasının sədri bildirib ki, qurum baş prokuror Zakir Qaralovun da ünvanına eyni məzmunlu müraciət hazırlayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR