Bank Of Baku

İctimai Teleradionun Rövşən Hacıyevə qarşı məhkəmə iddiası təmin edilib

İctimai Teleradionun Rövşən Hacıyevə qarşı məhkəmə iddiası təmin edilib
# 13 noyabr 2007 16:12 (UTC +04:00)
Bu gün Binəqədi rayon Məhkəməsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV Mətbuat Aynasında” adlı kitabın tərtibçisi və redaktoru Rövşən Hacıyevə qarşı iddiası üzrə işə baxılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, ictimai teleradionun işgüzar nüfuzunun ləkələnməsi barədə qaldırılmış iddia təmin olunub. İşlə bağlı çıxarılan qətnaməyə əsasən “İTV Mətbuat Aynasında” kitabı şirkətin işgüzar nüfuzunu ləkələyən nəşr hesab olunur və kitabın bütün tirajları kütləvi satışdan yığılaraq məhv edilməlidir. Kitabın hər hansı formada yayılması da qadağan olunur. Bundan əlavə, məhkəmənin qərarı ilə Rövşən Hacıyev informasiya vasitələrində çıxış etməklə ictimai teleradionun kollektivindən üzr istəməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR