Bank Of Baku

Noyabrın 15-də Xaçmaz Regional Televiziyasının açılış mərasimi olacaq

Noyabrın 15-də Xaçmaz Regional Televiziyasının açılış mərasimi olacaq
# 14 noyabr 2007 10:18 (UTC +04:00)
Noyabrın 15-də Xaçmaz Regional Televiziyasının (RTV) açılış mərasimi olacaq. APA-nın şimal bürosunun telekanalın icraçı direktoru Məsim Məsimovdan aldığı xəbərə görə, tədbirə yerli dövlət rəsmilərinin, televiziya və mətbuat orqanlarının təmsilçilərinin qatılacağı gözlənilir. M. Məsimovun dediyinə görə, Xaçmaz özəl RTV-si ən müasir texniki avadanlıqlarla təchiz olunub. Yayımın və verilişlərin keyfiyyəti isə əvvəlki səviyyədən xeyli üstün olacaq və tamaşaçılar bunun əyani şahidi olacaqlar. Qeyd edək ki, televiziyanın icraçı direktoru M. Məsimov bu yaxınlaradək “Lider” televiziyasının Quba-Xaçmaz bölgəsi üzrə müxbiri vəzifəsində çalışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR