Bank Of Baku

Mətbuat xidmətlərinin vahid əsasnaməsi prezidentin sərəncamı ilə təsdiqlənəcək

Mətbuat xidmətlərinin vahid əsasnaməsi prezidentin sərəncamı ilə təsdiqlənəcək
# 14 noyabr 2007 11:56 (UTC +04:00)
Mətbuat xidmətlərinin vahid əsasnaməsi prezidentin sərəncamı ilə təsdiqlənəcək. APA-nın məlumatına görə, bunu “İnformasiyaya çıxış, hökumətlə KİV arasında münasibətlər” adlı konfransdakı çıxışında Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, heç bir mərkəzi və yerli hakimiyyət orqanının rəhbəri ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş əsasnaməni pozmağa cəsarət etməz: “İndi mətbuat xidmətlərinin rəhbərləri öz nazirliklərinin qaydaları əsasında fəaliyyət göstərir, onların fəaliyyət çərçivəsini nazir müəyyən edir. Mətbuat xidmətlərinin vahid əsasnaməsinin qəbul olunması ideyası isə yenidir. Bu ideyanın əsasında o dayanır ki, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə idarələr, xidmətlər həm öz nazirliklərinin qaydalarını, həm də müasir dünyada mətbuat orqanları ilə işin spesifikasını, qaydalarını bilsin və ona əməl etsin”. Ə. Həsənovun sözlərinə görə, xüsusi sərəncamla Azərbaycanda bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əsasnaməsi təsdiqlənəcəksə, bu əsasnamə nazirliyin əsasnaməsinə bərabər bir sənəd olacaq və mətbuat xidmətləri, o cümlədən nazirin fəaliyyəti üçün hüquqi əsas sayılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR