Qeyd edək ki, noyabrın 7-dən 13-dək keçirilən sərgiyə İran mətbuatı ilə yanaşı, 15 region ölkəsindən də media təmsilçiləri qatılıb. Türkiyə, Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Qətər, Fələstin, Gürcüstan, Tacikistan, Suriya, Misir və digər ölkələrin mətbuat orqanlarının iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı APA təmsil edib. İranın ölkəmizdəki səfirliyinin dəvəti ilə sərgiyə qatılan APA özü, fəaliyyəti və bütövlükdə Azərbaycan haqqında bukletlər, broşürlər, habelə digər əyani vəsaitlər, o cümlədən kitablar, jurnallar, qəzetlər nümayiş etdirib, arzu edənlərə bu vəsaitlərdən paylanıb. Onu da əlavə edək ki, əyani vəsaitlərin, kitabların sərgidə nümayiş etdirilməsinə Azərbaycanın İrandakı səfirliyi, habelə “AzerTAc” Dövlər Agentliyinin və AzTV-nin Tehran təmsilçisi Sabir Şahtaxtı yaxından köməklik göstərib. /APA/