TRT-nin Bakı bürosunun rəhbəri Əbdülhəmid Afşarın missiyasının başa çatması ilə əlaqədar vida görüşü keçirilib
14 noyabr 2007 13:51 (UTC +04:00)
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində TRT-nin Bakı bürosunun rəhbəri Əbdülhəmid Afşarın missiyasının başa çatması ilə əlaqədar vida görüşü keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ə. Afşar Azərbaycanda işlədiyi 3 il müddətində ölkəni qarış-qarış gəzdiyini, xalqımızın adət-ənənələrini yaxından mənimsədiyini bildirib. O, bundan sonra da Azərbaycanla əlaqələrini kəsməyəcəyini, ölkəmiz haqqında xatirələrini unutmayacağını deyib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu Ə. Afşarın öz missiyasını uğurla başa çatdırdığını söyləyib. Tədbirdə iştirak edənlər Ə. Afşar haqqında ürək sözlərini deyib, onun Azərbaycanda xidmət etdiyi dövrdə həyata keçirdiyi müsbət layihələr haqqında danışıblar. /APA/
Media
Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib
12:02
8 sentyabr 2024
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
15:39
3 sentyabr 2024
MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən qərəzli məlumatları media etikasına ziddir
17:06
1 sentyabr 2024
Baş Prokurorluq media subyektlərinə müraciət edib
15:07
28 avqust 2024