Bank Of Baku

Akif Əli barəsində səslənən ittihama münasibət bildirib

Akif Əli barəsində səslənən ittihama münasibət bildirib
# 14 noyabr 2007 15:38 (UTC +04:00)
“Bu gün “İnformasiyaya çıxış, hökumətlə KİV arasında münasibətlərə dair” mövzusunda keçirilən konfransda “Amerikanın səsi” radiosunun müxbirinin Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat almağın mümkün olmaması iə bağlı söylədikləri həqiqətə uyğun deyil. Mən apardığım araşdırmalar göstərdi ki, hörmətli “Amerikanın səsi” radiosundan Nazirlər Kabinetinin mətbuat xidmətinə ümumiyyətlə, son illərdə heç bir sorğu daxil olmayıb. Bu məni çox təəccübləndirdiyinə görə, “Amerikanın səsi” radiosunun həm Vaşinqtondakı ofisinə, həm buradakı nümayəndəliyinə, həm də ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət göndərərək, məsələnin araşdırılmasında kömək etmələrini xahiş etmişəm”. Bunu APA-ya göndərdiyi açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən tədbirdə ünvanına söylənilən ittihama münasibətini bildirərkən qeyd edib. A. Əli deyib ki, müxbirinin fikirlərinin öz mövqeyi, yoxsa sifariş olmasını araşdıracaq: “Bəlkə də bu ABŞ-ın Azərbaycandakı müsbət xarakterli imicinə qarşı təxribat xarakterli çıxışdır? İstəyirəm ki, onlar bu məsələni araşdırmağa kömək etsinlər. Xüsusən Azərbaycan hökumətinin hər zaman ABŞ-la dostluq münasibətləri saxladığı, onu dəstəklədiyi halda, hökumət qurumuna məhz “Amerikanın səsi” radiosunun nümayəndəsi tərəfindən belə kobud böhtan deyilməsi bizə aydın olmadı. Onların reaksiyasından asılı olaraq, mən müəyyən tədbirlər görəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR