Bank Of Baku

Vəkili “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb

Vəkili “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb
# 15 noyabr 2007 10:47 (UTC +04:00)
Bu gün vəkil Osman Kazımov Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb. Bu barədə APA-ya məlumat verən vəkil bildirib ki, baş redaktorun saxlanma şəraitindən narazılığı yoxdur: “Yalnız mövsüm dəyişəndə onun səhhətində bəzi problemlər yaranır. Hazırda hava dəyişikliyinə görə oynaqlarında ağrılar ortaya çıxıb”. Vəkil deyib ki, onlar Q. Zahidin komissiya tərəfindən tibbi ekspertizadan keçrilməsini istəyiblər.
Qeyd edək ki, Q. Zahidlə bağlı Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR