Bank Of Baku

Dövlət ittihamçısı reketçilikdə ittiham olunan üç jurnalistə cəza istəyib

Dövlət ittihamçısı reketçilikdə ittiham olunan üç jurnalistə cəza istəyib
# 15 noyabr 2007 13:47 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Azər Osmanov Tofiq Abbasovun 11 il, Xəqani Məmmədovun 10 il, Üzeyir Əliyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib. Noyabrın 20-də təqsirləndirilən şəxslərə hökm oxunacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 322 (özbaşınalıq) maddələri ilə ittiham olunurlar. Onlar vətəndaş Nizami Kərimovdan təkrar rüşvət almaqda təqsirləndirilirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR