Bank Of Baku

Xaçmaz Regional Televiziyasının açılış mərasimi keçirilib

Xaçmaz Regional Televiziyasının açılış mərasimi keçirilib
# 15 noyabr 2007 15:23 (UTC +04:00)
Bu gün Xaçmaz Regional Televiziyasının (RTV) açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbiri açıq elan edən Xaçmaz RTV-nin prezidenti Rüstəm Əliyev televiziyanın Dağıstana qədər yayımlanacağını bildirib. Onun sözlərinə görə, televiziya ən müasir avadanlıqlarla təchiz edilib: “Yaxın bir ay ərzində bu avadanlıqları türkiyəli mütəxəssislər işlədəcək, həm də ondan istifadə qaydalarını televiziya əməkdaşlarına öyrədəcəklər”. Tədbirdə çıxış edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Xaçmaz RTV-nin Dağıstanda yayımlanmasını yüksək qiymətləndirərək, televiziyanın fəaliyyətində uğurlar arzulayıblar. Daha sonra Bakıdan gəlmiş incəsənət ustalarının Faiq Ağayev, Röya Ayxan, Elariz Məmmədoğlu və digərlərinin iştirakı ilə konsert proqramı keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR