VÜSALƏ MAHİRQIZI: ÜÇ YAŞIMIZA SALAM
- O nədir elə?”
Üç il əvvəl belə başlamışdıq. Hər zəngdə Azərbaycanın media məkanına daxil olan yeni agentliyin adının, abreviaturanın izahını vermək, sonra nə istədiyimizi demək lazım gəlirdi. Uzun, yorucu bir işin başına keçdiyimizi, həm də iddialı, bir az da hikkəli başladığımızı bilirdik.
Amma iddiamızın və hikkəmizin müqabilində imkanlarımız çox məhdud idi.
Cəmi 7 nəfər idik, eyni qəzetdən ayrılmış 4 jurnalist, bir də bizə yeni qoşulmuş və heç bir mətbuat təcrübəsi olmayan 3 tələbə. Bizim vur-tut 5 kompüterimiz, bir 200 dollarlıq fotoaparatımız, bir də 3 otaqlı kirayə ofisimiz vardı. Bunların hamısı bir yana, bizə çox ciddi ironiya var idi. Bilmirəm, ironiyanın ciddisi olur, ya yox. Amma səmimi sözümdü ki, bizə olan kinayəli münasibət çox ciddi idi. Hətta illərlə yaxın dostluq etdiyim adamlar da birgə işləməyə çəkinirdilər. Zarafat deyildi, azərbaycanlı kimi söyləsək, qəzet baş redaktoru vəzifəsində “vurulmuş”, bir il işsiz qalmış xanım necə maaş verəcək? Azərbaycan mediasının təfəkkürünə hakim olan bir agentlik var ikən bunlar bazara necə daxil olacaq? Nə işi var bunların bu bazarda? Bu layihədirmi, ömrü nə qədər olacaq?
Bu sualların hamısını eşidirdim. Amma eşitmirmiş kimi davranırdım. Bizim uşaqlara da belə məsləhət bilirdim: “Heç nəyə fikir verməyin. Kim nə desə, “sən haqlısan” söyləyib ötün”...
Biz özümüzü təsdiq üçün işləyirdik. İlk buraxılışımızda 9 xəbər vardı. Yadımdadır, bizi heç bir xahiş-minnət gözləmədən ən başda üç qəzet çap elədi: “Şərq”, “Bakı Xəbər” və “Ekspress”. O qəzetdəki baş redaktor həmkarlarıma olan iradlar, ironiyalar, “bir azdan peşman olacaqsınız”, “buna nə ehtiyac var?” atmacaları da yadımdadır... Hamısı, birbəbir...
Amma biz başladıq. Üç il sonra geriyə baxanda deyəsən heç də pis getmədik. Biz 7-dən 86-ya qədər böyüdük. İndi ofisimiz normal bir şirkətin ofisi, texnikamız ölkənin çox az media quruluşunda olacaq qədər mükəmməldir. Üç dildə on-line yayım həyata keçiririk, bir vaxtlar bizi çap edənlərə ironiya ilə yanaşanların hamısı abunəçimizdi... Birbəbir...
Biz Cənubi Qafqazda ilk video görüntülü xəbər yayımlayan agentlik olduq. Azərbaycanın ilk idman agentliyini yaratdıq. Ayrıca iqtisadi və foto agentliyi qurduq. Hər biri də Azərbaycan, rus və ingilis dillərində... Saytımızda kredit-kart sistemi tətbiq etdik. Regionun və dünyanın tanınan liderlərindən, beynəlxalq təşkilatların rəhbərlərindən müsahibələr aldıq, regionun bütün, dünyanın isə bəzi aparıcı KİV-ləri ilə əməkdaşlıq qurduq, Azərbaycan üçün önəm daşıyan və dünya siyasətinə təsiri olan ölkələrdə müxbir postları, məmləkəti başdan-başa əhatə edən yerli ofislər şəbəkəsi yaratdıq. Biz üç hərfi markaya, brendə çevirə bildik. Açmasını bilməyənlərin belə qəbul etdikləri APA adlı brend yarandı. Bu brend altında hər gün üç dildə 400-450 xəbər yayılır.
Biz heç kimi unutmadıq. Bizə olan tənqidlərə belə, qulağımızı bağlayıb, tənqid sahiblərinə qapılarımızı açdıq. Qələmimiz hamıdan yazdı və... Və beləcə üç ilin başına gəldik. Böyüdük, genişləndik, amma prinsiplərimiz, xəbərə tərəfsiz baxışımız heç dəyişmədi. Biz “qərəzsizik” demədik, qərəzsiz olduğumuzu göstərdik. Qarşı tərəfin zəhər kimi mövqeyini bal deyib yayımladıq. Mövqeyimizi qorumaq naminə heç vaxt şəxsi mövqe ortaya qoymadıq.
Biz bir brend üçün çalışdıq. İmzamızı unutdular, adımız yaddan çıxdı, hamımıza APA dedilər. Biz APA-nı belə yaratdıq, belə qoruduq, belə sevdik...
***
“-Alo, APA-dı?
-Bəli
-Sizi narahat edirik ki...”
***
Biz ORADAN BURAYA qədər gələ bildik!
P. S. Bu hesabat yazısı deyil, hələ çox qeyd olunacaq ad günlərindən birində APA-ya hədiyyədir.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib