7-dən 86-ya
APA-nın ilk xəbərlərinin yayılmasının ertəsi günü qəzetlər redaksiyaya gələndə gözlərimizə inanmadıq. Üç qəzetdə agentliyimizin xəbərləri yayılmışdı. “Ekspress” qəzeti isə xəbərimizi manşetə çıxarmışdı. Bu, bizim xəyalımıza belə gətirə bilməyəcəyimiz bir uğur idi. Beləliklə, biz xəbər yaymağa başladıq. Hər gün səhərdən axşamadək nazirliklərə, dövlət orqanlarına, müxtəlif təşkilatlara, səfirliklərə, beynəlxalq qurumların nümayəndəliklərinə, QHT-ə, ayrı-ayrı tanınmış şəxslərə, bir sözlə xəbər ala biləcəyimiz ehtimalı olan hər kəsə zəng edərək, APA-nın yaranması barədə məlumat verir, əlaqə yaratmaq istəyirdik. Özümüzü tanıtmaq üçün ilk vaxtlar xəbərlərimizi nazirliklərin, dövlət orqanlarının, müxtəlif təşkilatlarına, səfirliklərin, beynəlxalq qurumların nümayəndəliklərinin, QHT-in, ayrı-ayrı tanınmış şəxslərin elektron ünvanına da göndərirdik. APA-nın yaranmasından xəbərsiz olanların bəziləri hətta tədbirlərdə “bu APA nə deməkdi, mənim e-mailimə hər gün xəbər göndərir” deyə narazılıq da edirdi. Ancaq aradan çox az müddət keçəndən sonra eyni adamlar “nə yaxşı ki, bu APA var, daha qəzet almağa ehtiyacımız yoxdu, bütün xəbərləri evdə oturduğumuz yerdə oxuyuruq” dedilər. Biz də eşitdiklərimizdən həvəslənərək daha da böyük istəklə çalışırdıq. Bizim xəbərlərimizi yayan qəzet və televiziyaların sayı gündən-günə artırdı. Eyni zamanda APA-nın əməkdaşlarının da sayı xeyli çoxalmışdı. Fəaliyyətə başlayandan cəmi üç ay sonra Dilarə Əliyeva küçəsində icarəyə götürülən ofis bizə dar gəldi və Şəmsi Bədəlbəyli küçəsində daha geniş bir ofisə köçdük. Aradan bir müddət keçdi, daha böyük ofisə köçmək zərurəti yarandı. Nəticədə Zərgərpalan küçəsinə daşındıq. Cəmi bir il sonra ilk gün bizə nəhəng görünən ofisə də sığmadıq və hazırda yerləşdiyimiz ofisə köçdük. Keçən bu müddətdə yalnız əməkdaşlarımızın sayı artmadı, biz hər cəhətdən böyüdük. Bülletenlərimizin, xəbərlərimizin, əməkdaşlıq etdiyimiz qurumların sayı 50-100 dəfələrlə artdı.
Beləliklə üç il keçdi. İndi APA-nın mərkəzi ofisi ilə birlikdə Azərbaycanın bütün bölgələrində, dünyanın bir çox ölkəsində büroları fəaliyyət göstərir. 7 nəfərlə fəaliyyətə başlayan APA-nın 86 əməkdaşı var. Gündə üç dildə yüzlərlə xəbər yayırıq. Biz böyüyürük...
P.S. Ad günümüzlə bağlı yazı hazırlamağa başlayanda xeyli çətinlik çəkdim. Üç il əvvəl agentliyə ilk xəbəri yazmağa başladığım kimi. Bu müddətdə APA bizə xəbər yazmağı öyrətdi, amma yazı yazmağı unutdurdu...
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
“Koroğlu” metrostansiyası qarşısında ekspres avtobusların hərəkəti təşkilində dəyişiklik edilib - FOTO
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb