NURŞƏN QULİYEV: DÜNYA BOYDA XƏBƏR DAŞIYANLAR...
APA-nın bu 3 ildə nələrə nail olduğunu, haradan haraya gəldiyini bilmək üçün çox fakt sadalamaq olar. Mənim üçün də dönüb keçdiyimiz bu yola nəzər salmaq maraqlı idi. Amma buna ayırmağa o vaxtım hardaydı... Onda ağlıma gəldi ki, 3 il əvvəl bugünkü gün yaydığımız ilk bülletenə baxım. Baxdım... Və... Nələr yoxdur, orda? 3 il əvvəl noyabrın 16-da APA-nın loqosu altından yayılmış həmin ilk bülleten əsl kino lentidir. O kino lentinin hər kadrı mənim üçün doğmadır, əzizdir... Heç kəsin ağlına belə gətirə bilmədiyi qədər doğma və əziz... O kadrın hər birində keçdiyimiz yolu, gördüyümüz işləri, apardığımız mübarizəni, yedirtdiyimiz həqiqətləri... bir sözlə özümü gördüm... O kadrın hər birində MƏN vardım və bu MƏN mənə yalnız qürur verirdi, keçdiyim, keçdiyimiz yola görə...
...Mənim APA-nın ad gününü yadımdan çıxarmağıma rəğmən vəfalı dostlarımız heç demə unutmayıbmışlar bu günü. Bu gün təbrikini qəbul etdiyim dostlarımızdan biri yarızarafat, yarıciddi qayıtdı ki, “Bəs bu gün bayramınız deyil, bayramınız olanda da işləyirsiniz?..” Dedim, işləyirik.... Biz hansı bayramda istirahət eləmişik, işləməmişik ki, öz ad günümüzdə də istirahət eləyək... Hərdən öz aramızda normal iş saatımızın olmamasından, normal istirahət edə bilməməyimizdən, yorğunluqdan, gərginlikdən, nə bilim daha nələrdən gileylənirik, danışırıq, deyinirik... Amma onu da anlayırıq ki, jurnalistin, qəzetçinin, müxbirin normal iş saatı olmur. Xəbər varsa, hadisə varsa, iş var... Bu, APA-da çalışanların sözsüz-söhbətsiz, etirazsız-filansız qəbul etdikləri HƏQİQƏT-dir. APA-dakıların qəbul etdikləri bir nəsnə də var MƏSULİYYƏT. Bu məsuliyyət olmasaydı, çox yəqin ki, biz bu yerlərə gəlib çıxmazdıq, heç bu yolun yarısını belə gedə bilməzdik. Bu gün APA-nın yaydığı məlumat təkcə onun deyil, ölkədə nəşr olunan onlarca qəzetindir, dünyanın müxtəlif xəbər agentliklərinin, informasiya portallarınındır, bütün azərbaycanlılarındır, bütün dünyanındır... Bizlər bu məsuliyyəti anladığımızdan etibar, güvən qazanmışıq, önə çıxmışıq... APA bu məsuliyyəti dərk etdiyindən bu qədər böyüyə bilib, təkcə Azərbaycanın deyil, bütün Qafqazın bir nömrəlisinə çevrilib.
Keçdiyimiz yola dönüb baxanda bir məqamla da rastlaşdım, məni sevindirən, qürur verici bir məqamla... Bu o məqamdır ki, APA həm də fəaliyyətə başlayanda seçdiyi şüarına sadiq qalıb - “DÜNYA BOYDA XƏBƏR DAŞIYIRIQ!” şüarına...
Daha da öndə, hər zaman zirvələrdə olmaq arzusu ilə...
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
Azərbaycanda bu il sənaye istehsalı 45 mlrd. manata yaxınlaşıb
6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Xarici diplomatlar Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində tikinti işləri ilə tanış olublar - VİDEO - FOTO
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
“Koroğlu” metrostansiyası qarşısında ekspres avtobusların hərəkətinin təşkilində dəyişiklik edilib - FOTO
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib