Bank Of Baku

Dəyirman

Dəyirman
# 16 noyabr 2007 12:03 (UTC +04:00)
2005-ci il gələr-gəlməz Bakının göbəyində, “Nərimanov” heykəlinin yaxınlığında birdən- birə torpaq adamların ayağının altından qaçdı. Qəzavü-qədərdən beş-on dəqiqə keçməmiş torpağı sürüşən yerin adamlarından tutmuş Ramiz Mehdiyevə, Artur Rəsizadəyə kimi ölkə rəhbərliyində təmsil olunanların çoxu oradaydı . Bir də, biz jurnalistlər. Hadisə yerinə gələn rəsmilərdən münasibət öyrənmək üçün canfəşanlıq edirdim, amma alınmırdı. Axırda ekologiya və təbii ehtiyatlar nazirinin müavinlərindən birinə yaxınlaşdıq. Dedi ANS-i gözləyirəm, onlar gələndən sona danışacağam. Az qaldı torpaq ayağımın altından bir də qaça. Mən onda hələ yenicə fəaliyyətə başlamış bir informasiya agentliyinin, APA-nın gənc müxbiri (heç indi də qocalmamışam-E.Ə.) idim. Onda necə olursa-olsun, bu ölkədə hamını APA-nı gözləməyə, bizimlə hesablaşmağa məcbur etmək istəyi keçdi içimdən. Və mən bütün varlığımla APA-da işləməyə, bu agentliyi birinci etməyə, birinci olmağa çalışdım. O vaxtla indinin arasından düz üç il zaman keçib. Məncə, səmimi olsalar bütün həmkarlarım indi harada və kimi gözlədiklərini etiraf edərlər. Bəli, mən bununla fəxr edirəm. Hadisə yerinə, hər hansı bir kiçik tədbirə belə gedəndə adamların, həmkarlarımızın APA-nın əməkdaşlarına necə mehribanlıqla, xoş həsədlə, bəzilərinin isə qısqanclıqla baxdıqlarını görürəm. Bəzən bunu kimdənsə soruşmaq lazım deyil, onların gözləri belə deyir. İndi APA-nın şöhrəti ölkənin sərhədlərini də aşıb, jurnalistika fakültələrinin tələbələri bizdən, APA-nın yaratdığı xəbər məktəbindən öyrənməyə gəlirlər. Mən xaraktercə sirr saxlayan adam deyiləm, bu həm də peşə xəstəliyidir. Ağılı olan jurnalistin yanında söz deməz ki”¦ Sirr saxlaya bilmədiyim üçün bizim cəmi üç ildə bu uğurları necə qazanmağımızın da sirrini açmaq istəyirəm. Əslində bu o qədər də pünhan bir şey deyil heç. Bunun sirri indi adamlardakı “ürək çatışmzalığı”ndadır. APA-ya gələn istənilən adam bizim ürəyimizi, ruhumuzu hiss edir. İnanırsınız, dünyanın bütün agentliklərinin yaydığı xəbərləri ortaya qoysanız, APA-nın xəbərini onlardan dərhal seçmək olar. Hər şeydən əvvəl təkcə ruhuna, ürəyinə görə. Zarafat deyil ey, hər xəbər bizim ürəyimizdən keçib gedir.
Adamlar həmişə vaxtlarını sevdikləri ilə keçirmək istəyirlər. Mən isə üç ildir ki, vaxtımı APA-ya qurban demişəm. Dünyanın bütün redaksiyaları dəyirman kimidir, jurnalistin ömrünü üyüdür. Ancaq mən bizim dəyirmanın boğazından həmişə sağ çıxıram”¦
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR