Bank Of Baku

Bakıda “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilir
# 19 noyabr 2007 10:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, tədbirdə giriş sözü ilə çıxış edən Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Məmməd Nazimoğlu Azərbaycanda belə bir tədbirin keçirilməsini mətbuat üçün əlamətdar hadisə adlandırıb. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin konfransa təbrik məktubunu oxuyub. Daha sonra Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia, Söz Azadlığını Müdafiə Fondunun rəhbəri Musa Yaqub, “Assosiasiya Bulqariya”nın prezidenti Rumen Popov çıxış edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycanda kütləvi informasiya vasitələrinin özünütənzimləməsi” mövzusunda nitq söyləyib. Azərbaycan mətbuatının durumu, Mətbuat Şurasının fəaliyyəti ilə bağlı fikirlərini açıqlayan Ə. Amaşov çıxışında Azərbaycanda jurnalistlərin həbsdə olduğunu diqqətə çatdırıb, qeyd edib ki, sədri olduğu qurum sözə görə həbsin tərəfdarı deyil. Ə. Amaşov onu da deyib ki, jurnalistlər də yazılarında etika prinsiplərinə riayət etməli, insanların şərəf və ləyaqətinə toxunmamalıdırlar. Beynəlxalq Jurnalistlər Assosiasiyasının (BJA) baş katibi Aydan Uayt isə çıxışında son illər bir çox ölkələrdə mətbuata təzyiqlərin, jurnalistlərin qətli hallarının artığını bildirib. Mətbuata təzyiqlərin olduğu ölkələr sırasında Rusiya, Türkiyə, Misirlə yanaşı, BJA-nın baş katibi Azərbaycanın da adını çəkib. O deyib ki, Azərbaycanda hökumətlə KİV arasında problemlər var. Daha sonra Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı “Azərbaycanda KİV haqqında mövcud qanunların Qərb ölkələrindəki qanunlarla müqayisəli təhlili” mövzusunda çıxış edib. Tədbir işini davam etdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR