Rauf Denktaş: “Azərbaycanın torpaqlarını ermənilər işğal edib, Kıbrısın ermənisi isə rumlardır”
Jurnalistlər səfərin ilk günü QKTC-nin dövlət televiziyası olan Bayraq Radio Televiziyasının (BRT) rəhbəri Əhməd Okan, Yaxın Doğu Universitetinin prorektoru Hüseyn Gökçəkuş, QKTC-nin Mülki Müdafiə Təşkilatının yeni başqanı Faruk Bozdəmirlə görüşüblər. Səfərin ikinci günündə Azərbaycanın media təmsilçiləri QKTC baş nazirinin müavini və xarici işlər naziri Turqay Avcı, QKTC-nin parlamentdə təmsil olunan müxalifət partiyalarının liderləri Demokrat Partiyanın başqanı Sərdar Denktaş və Ulusal Birlik Partiyasının başqanı Tahsin Ərtoğruloğlu ilə də görüşüblər.
Daha sonra Azərbaycan jurnalistləri QKTC prezidenti Mehmet Əli Tələtin brifinqində olublar. Noyabrın 15-də Azərbaycan jurnalistləri QKTC-nin 24-cü quruluş ildönümünə həsr olunmuş mərasimlərə qatılıb, hərbi paradı və “Türk Ulduzları”nın akrotim şousunu izləyiblər.
Səfərin sonuncu günündə Azərbaycan media təmsilçilərini QKTC-nin qurucusu Rauf Denktaş qəbul edib. “Asiya Dialoqu” İctimai Birliyinin missiyasının həyəcanverici olduğunu deyən R. Denktaş bu kimi əlaqələrin türk dünyasının gücləndirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, QKTC-nin Yunan Kipri ilə birləşməyə deyil, varlığını və mövcudluğunu qorumağa ehtiyacı var. Azərbaycanın Dağlıq Qarabağ probleminə toxunan R. Denktaş bunun Kıbrıs məsələsi ilə müqayisə edilməsinin düzgün olmadığını bildirib: “Azərbaycanın torpaqlarını ermənilər işğal edib, Kıbrısın ermənisi isə rumlardır”.
Səfərin son günündə jurnalistlər Doğu Akdəniz Universitetində də olub, müəllimlər və azərbaycanlı tələbələrlə görüşüblər. Səfər çərçivəsində Azərbaycanın media nümayəndələri Kıbrıs türklərinin kütləvi qətliama uğradığı Atlılar, Muratağa, Sandallar şəhidlər məzarlığında, Barbarlıq Muzeyində olublar. Bundan başqa, “Asiya Dialoqu” İctimai Birliyinin təmsilçiləri Gənc TV-də canlı yayımlanan proqrama qatılıblar, dövlətin rəsmi xəbər agentliyi olan Kıbrıs Türk Agentliyində (TAK) olublar. Agentliyin rəhbəri Əmir Ərsoy Azərbaycan mediası ilə əməkdaşlıq etmək istəklərini dilə gətirib. Səfərin yekunu olaraq ilkin mərhələdə QKTC-nin xarici işlər naziri Turqay Avcının Azərbaycanda konfrans verməsi və QKTC jurnalistlərinin Azərbaycana səfərinin təşkili qərarlaşdırılıb.
Qeyd edək ki, QKTC-yə səfərdə İctimai Televiziyanın, “Azadlıq” radiosunun, APA və “ANS-Press” agentliklərinin, “Yeni Müsavat”, “Azadlıq”, “GÜNSəhər”, “Xəzər”, “Reytinq” və “Xalq Cəbhəsi” qəzetlərinin təmsilçiləri iştirak ediblər. /APA/
Media
Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO
Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb - FOTO
AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
MŞ: Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur
Xəbər Lenti
İsrail Qəzza zolağında beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb
SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
İran Ordusu: Hörmüz boğazında tanker minaya düşüb
Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur - FAKTİKİ HAVA
İran HDQ komandanı: Hörmüz boğazı bağlı qalacaq
Myanmada toy keçirilən evə hava zərbəsi endirilib, 17 nəfər ölüb