Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyi jurnalistlər arasında müsabiqə elan edib

Rusiyanın Azərbaycandakı səfirliyi jurnalistlər arasında müsabiqə elan edib
# 19 noyabr 2007 13:42 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyi “Rus dili ili”nin bitməsi ilə əlaqədar jurnalistlər arasında “Rusiya-Azərbaycan münasibətləri: stabillik və qarşılıqlı maraqlar” mövzusunda müsabiqə elan edib. Səfirlikdən APA-ya verilən məlumata görə, müsabiqədə çap və elektron KİV, radio və TV əməkdaşları iştirak edə bilər. Müsabiqə 5 nominasiya üzrə keçiriləcək, materiallar noyabrın 21-dən dekabrın 21-nə kimi təqdim olunmalıdır. Qaliblərə fəxri diplomlar və mükafatlar təqdim olunacaq. Hər nominasiya üzrə bir qalib və mükafatçı müəyyənləşəcək. I mükafatın müəllifinə 600 ABŞ dolları, II yeri tutan hər iki mükafatçıya 400 ABŞ dolları, III yeri tutan hər üç mükafatçıya 200 ABŞ dolları mükafat veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR