Bank Of Baku

İTV ilə TRT arasında əməkdaşlıq sazişi imzalanıb

İTV ilə TRT arasında əməkdaşlıq sazişi imzalanıb
# 19 noyabr 2007 13:58 (UTC +04:00)
Noyabrın 19-da İctimai Televiziya və Radio Yayımları Şirkəti (ITV) ilə Türkiyə Radio Televiziya Qurumu (TRT) arasında əməkdaşlıq sazişi imzalanıb. İTV-nin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, TRT-nin baş direktor əvəzi Əli Güney və İTV-nin baş direktoru İsmayıl Ömərovun imzaladığı müqavilənin şərtlərinə əsasən, həm televiziyalar, həm də radiolar birgə proqramlar hazırlayacaq. Bundan əlavə, tərəflər proqram mübadiləsi və texniki mövzularda da əməkdaşlıq edəcəklər.
İmzalanma mərasimində çıxış edən İ. Ömərov bildirib ki, İTV hər zaman TRT-dən əsl qardaşlıq münasibəti görüb: “Biz daha böyük arenada birgə iş qurmaq və türk dünyasına xidmət göstərmək məqsədi ilə bu anlaşmanı imzaladıq. Bu fəaliyyətin bəhrəsini bütün dünya türkləri görəcək”. Əməkdaşlıq sazişinin əhəmiyyətindən danışan Ə. Güney isə bundan sonra İTV ilə TRT-nin bir-birinə daha yaxından dəstək olacaqlarını deyib. Bakıda keçirilən Türkdilli Dövlət və Toplumların XI Dostluq və Qardaşlıq Qurultayında ortaq türk televiziyasının qurulması ilə bağlı ilkin təməlin atıldığını qeyd edən Ə. Güney bildirib ki, TRT ilə İTV arasında imzalanan saziş bu ideyanın reallaşması istiqamətində bir başlanğıcdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR